|
Car
ərazi nümayəndəliyi, rayon mərkəzindən 1 km şimalda, Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşir. Şərq tərəfdən Tala çayı, şimaldan Qafqaz dağları, qərb tərəfdən Kebeloba kəndi, cənubdan isə Zaqatala şəhəri ilə həmsərhəddir. Nümayəndəlik özündə üç kəndi (Car, Zilban, Axaxdərə) birləşdirir.
Nümayəndəliyin ərazisi 1314 hektardir. Əhalisi 3245 (Car-2405, Zilban-551, Axaxdərə-289) nəfər, əsasən avarlardir. Dini mənsubiyyəti müsəlman.
Nümayəndəlik, RİHB- nın ərazi İcra nümayəndəsi və Car Bələdiyyəsi tərəfindən idarə olunur.
Car kəndi 5 obadan (Kiqooba, Laçın taxta, Laçın dərə, Cini taxta, Kusa taxta) ibarətdir. Kənddə bir orta və bir əsas məktəb, həkim məntəqəsi, 35 yerlik uşaq baxçası, məscid binası, 3 hücrə, Axaxdərə kəndində 1 ibtidai məktəb vardır.
Əhalinin əsas məşguliyyəti əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Tarixi abidələr: 1 məscid, 3 hücrə, “Cingözqala” abidəsi, 2 qədim qəbristanlıq.
Mazıx
kəndi, rayon mərkəzindən 5 km aralı, Zaqatala – Balakən şose yolunun yaxınlığında, Katex çayının sağ sahilində yerləşir.Qəbizdərə kəndi, Qazangül qəsəbəsi, Katex çayı ilə həmsərhəddir. Mazıx ərazi nümayəndəliyi 4 (Mazıx, Qəbizdərə, Beretbinə, Cicixana) kənddən ibarətdir.
Nümayəndəliyin ərazisi 1568 hektar. Əhalisi 2003 nəfər, əksəriyyəti avarlardır. Dini mənsubiyyəti müsəlman.
Nümayəndəlik RİHB-nın ərazi icra nümayəndəsi, Mazıx (Mazıx, Qəbizdərə və Cicixana kəndləri daxildir) və Beretbinə bələdiyyələri tərəfindən idarə olunur.
Mazıx kəndində orta məktəb, həkim ambulatoriyası, klub, poçt, ATS, uşaq baxçası, baytarlıq dairəsi, asfalt zavodu, Beretbinə kəndində məscid, klub, kitabxana, feldşer- mama məntəqəsi, Qəbizdərə kəndində ibtidai məktəb, kitabxana, feldşer-mama məntəqəsi vardır.
Əhalinin əsas məşğuliyyəti maldarlıq, meyvəçilik, əkinçilik, fındıqçılıqdır.
Tarixi abidələr: Məscid, Qədim bürc, qəbristanlıq, Hücrə.
Yuxarı Çardaxlar
kəndi, rayon mərkəzindən 14 km şimali-şərqdə yerləşir. Şimal tərəfdən Böyük Qafqaz sıra dağları, cənubdan Muxax kəndi ilə həmsərhəddir.
Kəndin ərazisi 1293 hektardir. Əhalisi 2141 nəfər, əsasən avarlardir. Dini mənsubiyyəti müsəlman.
Kənd, RİHB- nın ərazi İcra nümayəndəsi və Yuxarı Çardaxlar Bələdiyyəsi tərəfindən idarə olunur.
Kənddə orta məktəb, həkim məntəqəsi, mədəniyyət evi, uşaq bağçası, EATS, rabitə şöbəşi, məscid, futbol meydançası vardır.
Əhalinin əsas məşguliyyəti əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və heyvandarlıqdır.
Tarixi abidələr: V əsrə aid Pəri qalası, XIII əsrə aid bürc, alban kilsəsi qalıqları, X1X əsrdə tikilmiş məscid, qədim qəbristanlıq vardır.
Maqov
ərazi nümayəndəliyi, rayon mərkəzindən 12 km cənubda, Qara çayın sahilində yerləşir. Maqov ərazi nümayəndəliyində yeddi kənd birləşir: Maqov, Yolayrıc, Höytala, Paşan, Vöhtala, Abaəli, Fındıqlı.
Nümayəndəliyin ərazisi 4057 hektardir. Əhalisi 4978 nəfər (Maqov-1441, Yolayrıc-1229, Höytala-671, Paşan-866, Vöhtala-220, Abaəli-25, Fındıqlı-575), əsasən avarlardir. Dini mənsubiyyəti müsəlman.
Nümayəndəlik, RİHB- nın ərazi İcra nümayəndəsi, Maqov və Fındıqlı Bələdiyyələri tərəfindən idarə olunur.
Maqov kəndində inzibati bina, poçt və rabitə şöbəsi, orta məktəb, həkim ambulatoriyası, məscid binası, futbol meydançası vardır.
Əhalinin əsas məşguliyyəti əkinçilik, baramaçıiıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Tarixi abidələr: Maqov, Yolayrıc, Höytala, Paşan kənd məscidləri.
Kebeloba
kəndi, rayon mərkəzindən 1 km şimali-qərbdə, Bəkməz çayın sağ sahilində yerləşir. Şərq tərəfdən Zaqatala şəhəri, şimaldan Car kəndi, cənubdan Göyəm kəndi, cənubi-qərbdən Qazangül qəsəbəsi ilə həmsərhəddir.Kəndin ərazisindən Bəkməz və Micqar çayları axır.
Kəndin ərazisi 496 hektardir. Əhalisi 1412 nəfər, əsasən avarlardır. Dini mənsubiyyəti müsəlman.
Kənd, RİHB- nın ərazi İcra nümayəndəsi və Car Bələdiyyəsi tərəfindən idarə olunur.
Kənd 5 obadan ibarətdir. Kənddə 1 əsas məktəb, həkim məntəqəsi, klub, 2 kitabxana, məscid, futbol meydançası vardır.
Əhalinin əsas məşguliyyəti əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Tarixi abidələr: 1 məscid, 1 qədim bürc, 1 qədim qəbristanlıq.
Göyəm
ərazi nümayəndəliyi, rayon mərkəzindən cənubda, Tala çayın sağ sahilində yerləşir və dörd kəndi (Göyəm, Çökək, Sumaylı, Dardoqqaz) özündə birləşdirir.
Nümayəndəliyin ərazisi 3368,6 hektardir. Əhalisi 4157 (Göyəm-1914, Çökək-935, Sumaylı-656, Dardoqqaz-652) nəfər, əsasən azərbaycanlılar, avarlar, saxurlardır.Dini mənsubiyyəti müsəlman.
Ərazi nümayəndəliyi, RİHB- nın ərazi İcra nümayəndəsi və Göyəm Bələdiyyəci tərəfindən idarə olunur.
Ərazidə 3 orta məktəb, 1 həkim məntəqəsi, 2 feldşer-mama məntəqəsi, 1 klub, 4 kitabxana, 2 mədəniyyət evi, 1 körpələr evi-uşaq baxçası, 4 məscid, 1 futbol meydançası vardır.
Əhalinin əsas məşguliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Tarixi abidələr: 4 məscid, qədim qəbristanlıq.
Aşağı Çardaxlar
kəndi, rayon mərkəzindən 32 km cənub-qərbdə yerləşir. Şimal tərəfdən Balakən rayonunun İtitala kəndi, şimal-şərqdən Danaçı kəndi, cənub-qərbdən isə Alazan çayı boyunca 24 km məsafədə Gürcüstan Respublikası ilə həmsərhəddir.
Kəndin ərazisi 75 hektardir. Əhalisi 1042 nəfər, əsasən avarlardir. Dini mənsubiyyəti müsəlman.
Kənd, RİHB- nın ərazi İcra nümayəndəsi və Aşağı Çardaxlar Bələdiyyəsi tərəfindən idarə olunur.
Kənddə 259 şagird yerlik orta məktəb binası, feldşer-mama məntəqəsi, kitabxana, 129 yerlik ATS, məscid binası, futbol meydançası vardır.
Əhalinin əsas məşguliyyəti əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Tarixi abidələr: 1 məscid, 2 təpəcik, qədim qəbristanlıq.
|
|